ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI
Təqdim etdiyim məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyıram və sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək halların (ailənin tərkibi, əmlakı və ya gəlirləri dəyişdikdə) biri baş verdikdə, bu barədə 15 iş günü müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməyi üzərimə götürürəm. Hər hansı yalan məlumata, həmçinin sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat vermədiyimə görə ailəmizin 1 il müddətinə sosial yardım almaq hüququnu itirməsi ilə bağlı "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsi ilə tanış olmuşam. Həmçinin maddi-məişət şəraitinin müayinəsi zamanı video çəkilişin aparılmasına etiraz etmirəm.